PALÇIQ VULKANI

Vulkan palçığı materiallarından əmələ gəlmiş, zirvəsində krateri olan yastı konus formalı təpə. Fasiləsiz və yaxud vaxtaşırı vulkan palçığı, (brekçi) qaz, süxur qırıntıları, su (bəzən neftli) püskürür. Abşeronda Lökbatan P.-v-ı ətrafdakı sahələrdən 300 m yüksələn konus əmələ gətirmişdir, konusun zirvəsindəki kraterin diametri isə 400 m-ə çatır. Azərbaycan Respublikasında 220-dən artıq P.v. (dünyada ən çox) var. Bakı arxipelaqında 8 ada (Qarasu, Gil, Zənbil, Sənki-Muğan və s.) P.v-nın fəaliyyəti nəticəsində əmələ gəlmişdir. Ümumiyyətlə Xəzər dənizində 140-dan çox sualtı P.v. məlumdur. P.v. mənşəcə neft və ya qaz yataqları ilə əlaqədar olub, əsasən cavan qırışıqlıq zonalarında yayılmışır.
ÖLÜ GÖLLƏR
PALEOCOĞRAFİYA
OBASTAN VİKİ
Palçıq vulkanı
Palçıq vulkanları – vulkan palçığı materiallarından təşkil olunmuş, zirvəsində krateri olan yastı konus formalı təpə (hündürlüyü 400m-dək). Fasiləsiz və ya vaxtaşırı vulkan palçığı, qaz, suxur qırıntıları, su (bəzən neftli) püskürür. Azərbaycanın neft-qaz rayonlarında 300-dən çox palçıq vulkanı və palçıq vulkanı təzahürü yerləşmişdir. Onların əksəriyyəti intensiv qrifon-salza fəaliyyəti ilə səciyyələnir və yer səthinə KH qazları, minerallaşmış sular, neft emulsiyalı lilli palçıq çıxarır. Adətən palçıq vulkanının püskürməsi güclü yeraltı uğultu və partlayışla başlanr. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır. Bəzən vulkan üzərində alovun hündürlüyü 1000 metrə (Qarasu a.vulkanı) çatır. Palçıq vulkanının qazları əsasən, metandan, qismən ağır karbohidrogenlər və təsirsiz qazlardan ibarət olur. Palçıq vulkanının suyu yod, brom, bor və s-li hidrokarbonatlı-natriumlu olur, palçığının tərkibində çoxlu mikroelement (bor, civə, manqan, mis, barium, stroisium, litium və s.) olur. Hər il Azərbaycanda 2-dən 5-dək, bəzən daha çox püskürmə paroksizmi baş verir.
Dəmirçi palçıq vulkanı
Dəmirçi palçıq vulkanı — Azərbaycan Respublikasının Şamaxı rayonu, Dəmirçi kəndi ərazisində yerləşən palçıq vulkanı. == Haqqında == Dəmirçi Azərbaycanda yeganə vulkandır ki, Şamaxı rayonunda sıx bitki örtüyü olan yüksəkliklərin əhatəsində yerləşir. Vulkan Bakıdan 120 km şimal-qərbdə, eyni adlı kənddən 2.5 km cənub-şərqdə, Pirsaat çayının saö sahilindədir, nisbi hündürlüyü 20 m olan az qabarıqlı yüksəkliyi təşkil edir. Palçıq vulkanı örtüyü 12.*80m ölçülü sahəni tutur. Şamaxı-Qobustan regionunun palçıq vulkanlarında olduğu kimi bu vulkanda, yerin üzərinə çıxan axıntılarda müxtəlif növ minerallar öyrənilib, sulfatlar ˗ mirabilit, tenardit, yarozit, gips, eləcə də onların kalsium, maqnezium və dəmirlə qarışığı müəyyən edilib. Aktiv vulkanlar sırasına daxildir. 1958, 2008-ci il-ci ildə püskürüb.
Gülbəxt palçıq vulkanı
Gülbəxt palçıq vulkanı — Bakı şəhərindən 20 km qərb-cənub-qərb istiqamətdə, Puta dəmir yolu stansiyasından 12–13 km qərbdə yerləşmişdir. Onun hüdudlarında, birincisi neft çıxışlarını, ikincisi isə vulkanın sopka və qrifonlarını əhatə edən iki qrup ayrılır. Sahənin geoloji quruluşunda Abşeron və Ağcagil mərtəbələri və Məhsuldar qat çöküntüləri iştirak edirlər. Vulkan tullantıları içərisində külli miqdarda Məhsuldar qat süxurlarının, aç miqdarda alt Kaynoçoy üçüncü dövr və üst Təbaşir çöküntülərinin qırıntıları rast gəlir. Brekçiya örtüyünün qalınlıüı mərkəç hissədə 150 m-ə, yayılma sahəsi 29 ha-a çatır. Brekçiya həcmi 22 mln. m³ təşkil edir. Vulkandan 50 m şimal-qərb istiqamətdə 2-2.5 m hündürlüklü sönmüş palçıq sopkası vardır. Ondan 10 m qərb istiqamətdə bir-birindən 10–12 m məsafədə 30-50 sm hündürlüklü qır təpələri mövcuddur. 0.8x0.8 kraterli bir salçası olan, su və qaç püskürən çıxış ətrafında qır qatı yaranmışdır.
Hamamdağ palçıq vulkanı
Hamamdağ palçıq vulkanı - Xəzər dənizi sahilində Pirsaat burnunda yerləşir. == Ümumi məlumat == Ondan cənub-qərbdə Ağzıbir, cənubda isə Bəndovan palçıq vulkanları yerləşir.
Keyrəki palçıq vulkanı
Keyrəki palçıq vulkanı — Abşeron yarımadasında, Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşir. Vulkanın şimal yamacı dik, cənub yamacı isə az meylli olan kəsik konus şəklindədir. Krater bəndi üzərində hazırda qaz və maye çıxışlar müşahidə edilir. Tektonik cəhətdən vulkan eninə, Binəqədi antiklinalının cənub qanadının tağətrafı hissəsində yerləşmişdir. Sahənin geoloji quruluşunda Oliqosen-Miosen və Pliosen kompleksi çöküntüləri iştirak edirlər. Sopka brekçiyası tərkibinin öyrənilməsi və onun dillərinin yerləşməsi 1885-1968-ci illərdə baş vermiş son səkkiz püskürmənin sərhədlərini ayırmağa imkan verir. Azərbaycanın tez-tez püskürən palçıq vulkanlarındandır. Morfologiyasına görə kiçik kraterli gümbəzşəkilli olub, mütləq hündürlüyü 146 m, nisbi hündürlüyü isə 116 m-dir. İlk dəfə vulkan 1824-cü ildə püskürmüşdür. Vulkan cəmi 17 dəfə püskürmüşdür ki, onlardan 5-i keçən əsrdə olmuşdur.
Keçəldağ palçıq vulkanı
Keçəldağ palçıq vulkanı — Abşeron yarımadasının qərbində, Ceyranbatan su anbarının şərq sahilində Sumqayıt yolunun kənarında yerləşir. Mütləq hündürlüyü 114 m-dir. 2000-ci il oktyabrın 10-da vulkanın ilk qeydə alınan püskürməsi baş verdi. Püskürmə fasilələrlə 1.5 saat davam etdi. Şahidlərin sözlərinə görə qaz alışması baş vermədən vulkan palçığı 40–50 m hündürlüyə atılırdı. Bir qədər sakitləşən vulkan axşam saat 21:00-da yenidən aktivləşərək 1 saat müddətində palçıq püskürdü. Nəticədə, vulkan ağzı ətrafında dairəvi çatlar əmələ gəldi və kraterin divarları uçularaq aşağı töküldü: vulkanın kalderaya oxşar krateri yarandı. Vulkan yer səthinə 190 min m³ vulkan brekçiyası tulladı. Brekçiya vulkanın yamacını qismən örtərək qərbə, su anbarına tərəf axaraq bəzi yerlərdə suya qarışmış və anbarın kənarında olan yarımçıq yaşayış evlərini örtmüşdü. Brekçiyanın örtdüyü sahə 3.9 ha olmuşdur.
Kürsəngi palçıq vulkanı
Kürsəngi palçıq vulkanı - Salyan rayonu, Kürsəngi kəndi ərazisində, Bakı-Salyan yolunun sağında yerləşən sönmüş palçıq vulkanı. Adının etimologiyasına dair bir çox nəzəriyyələr mövcuddur: Kürün səngidiyi yer olaraq- Kürsəngi; Kür və səng (farsca: daş, qaya) Kürsəngi-Kürdaşı olaraq və s. == Ümumi məlumat == Dağın hündürlüyü təxminən 77 metrə çatır. Palçıq vulkanı dağı Kürsəngi kəndi ərazisində yerləşir. Dağın şimal-şərq ətəklərində Yolustü kəndi yerləşir. Dağın ərazisində "Kürsəngi küp qəbirlər nekropolu" yerləşir. Dağ və kəndin ərazisi keçmişdə maldar ellərin qışlaq yeri olmuşdur..
Lökbatan palçıq vulkanı
Lökbatan palçıq vulkanı — Bakı şəhərindən 12–15 km cənub-qərb istiqamətində, Lökbatan qəsəbəsi yaxınlığında, Xəzər dənizi sahilində eyni adlı neft-mədən sahəsində yerləşən palçıq vulkanı. Püskürmələrin sayına görə "dünya rekordçusu" olan bu palçıq vulkanı Azərbaycanın ən aktiv, dünyanın isə ən aktiv 5 palçıq vulkanından biridir. Azərbaycanın fəaliyyətdə olan vulkanları içərisində ən fəallarından biri olub, təxminən hər 3-10 ildən bir püskürür. Lökbatan vulkanı Xəzər səviyyəsindən nisbi 130 m, səthdən 100 m hündürlükdə yerləşir. Vulkan oroqrafik cəhətdən zirvəsində iki günbəz şəkilli yüksəklikdən ibarətdir. Bu iki yüksəklik arasında 1887-ci ildə üçüncü dəfə püskürmədən sonra əmələ gəlmiş yüksək krater sahəsi yerləşir. 1829-cu ildən başlayaraq bu vulkan 25 dəfə püskürmüşdür. Vulkan axırıncı dəfə 2017-ci ilin may ayının 2-də püskürmüşdür. Sopka brekçiyasının əsas kütləsi sahənin qərb hissəsinə axır. Burada vulkanın əvvəlki püskürmələri nəticəsində əmələ gəlmiş ayrı-ayrı təpələr vardır.
Qalmaz palçıq vulkanı
Qalmaz palçıq vulkanı — (199 m) Azərbaycan ərazisində olan iri palçıq vulkanlarından biridir. Onun konusvari gövdəsi geniş düzənlik üzərindən ucalır. Qalmaz palçıq vulkanı oval şəklində olub, şimal-qərbdən cənub-şərq istiqamətində 3,5 km-dən artıq məsafədə uzanır. Onun ən enli hissəsi 2 km-dən artıqdır. Bu vulkan Ələt Stansiyasından 13 km-ə qədər qərbdə, Pirsaatçayın sağ sahilində yerləşir. Qalmaz palçıq vulkanı eyni adlı braxiantiklinalın çatma hissəsində, uzununa və eninə istiqamətli tektonik sınmaların kəsişdiyi sahədə yerləşir. Onun püskürdüyü brekçiyalardan ən qədimi üst Yura yaşlı çöküntüləridir. Bundan əlavə həmin brekçiyada üst Təbaşir, Paleogen, orta Miosen, Pont yarusu, Məhsuldarqat, Ağcagil, Abşeron və aşağı Dördüncü dövr süxurları da iştirak edir (Ə. Ə. Yaqubov, Ə. Ə. Əlizadə, M. M. Zeynalov, 1971). Qalmaz palçıq vulkanının krater hissəsi cənub-şərqdə yerləşib, elips şəklinə yaxındır. Onun qərb hissəsində dörd, cənub və şimal hissələrində isə iki iri krater valı vardır.
Qoturdağ palçıq vulkanı
Qoturdağ palçıq vulkanı — Azərbaycan Respublikasının palçıq vulkanlarından biri. Qoturdağ palçıq vulkanı Qobustan zonasını Aşağı-Kür çökəkliyindən ayıran Ələt tirəsinin suayrıcı qılıcında yerləşir və yastı yüksəklik formasında olub Xəzərin səviyyəsindən 180 metr yüksəkliyə qalxır. Vulkan pliosen-eopleystosen çöküntülərindən təşkil olunmuş eyniadlı antiklinalın tağında yerləşir və özünün eksploziv fəaliyyətinin nadirliyi ilə fərqlənir: onun mərkəzində yerləşən, hündürlüyü 6–8 m və eni 2 m-ə çatan bəndlə hüdudlanmış kraterin ağzından davamlı olaraq müxtəlif rəngli və yaşlı süxur qırıntılı qatı boz palçığın sıxılıb çıxarılması prosesi gedir. Bütün bu qatı kütlə burulmuş tıxac formasında ayrı-ayrı qollar şəklində 3–5 km uzunluğunda vulkanın şimal-şərq yamacı boyunca aşağı axır. Vulkanın qədim palçıq örtüyü təqribən 430 hektar sahəni tutur və buruq qazıma məlumatlarına görə, onun qalınlığı 40–80 m arasında dəyişərək, vulkanın mərkəzindən kənarlara doğru azalır. Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Quşxana palçıq vulkanı
Quşxana palçıq vulkanı– Abşeron yarımadasının qərbində yerləşir. Abşeron vilayəti eyniadlı yarımadanı və Xəzər dənizinin ona qovuşan sahil zonasını əhatə edir. Palçıq vulkanları vilayətin qərb və mərkəz hissəsində daha geniş yayılmışdır. Vilayətin qərbində və mərkəzində Hökməli, Binəqədi, Saray, Novxanı, Zigilpiri, Keyrəki, Abix, Boğ - boğa, Böyükdaş, Otman -Bozdağı, Lökbatan, Şonqar, Quşxana və başqa çox iri vulkanlar yerləşmişdir. Axtarma vulkanından 2 km cənubda eyni adlı neft yatağının yaxınlığında yerləşib. Vulkan ellipsvari formada olub, əsası geniş, yamacları aç meyllidir. Onun müasir görünüşü püskürmənin qədimliyini göstərir. Kəşfiyyat qaçımasının məlumatları göstərir ki, 80–100 m qalınlıüında olan brekçiya bilavasitə Məhsuldar qatı örtür. Sahənin geoloji quruluşunda Abşeron və Aücagil çöküntüləri, habelə qırışğın taüında 600 m-dək yuyulmuş Məhsuldar qat iştirak edir. Hazırda Quşxana vulkanı sakitlik vəçiyyətdədir.
Quşçu palçıq vulkanı
Quşçu palçıq vulkanı — Azərbaycan Respublikasının Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşən palçıq vulkanı. Vulkanda son püskürmə 24 yanvar 2021-ci il tarixində qeydə alınmışdır. Bundan əvvəl, 2019-cu ilin fevralında qeyda alınan püskürmə zamanı, hansı ki, 1 dəqiqə 30 saniyə davam etmişdir, vulkanın hündürlüyü 15-20 metrə qalxıb, təqribən 2 hektar ərazini əhatə edib. "Quşçu" kiçik vulkan olsa da, aktiv vulkanlar sırasına daxildir. Vulkanın ilk püskürməsi 1913-cü ildə qeydə alınıb. Quşçu vulkanı son 200 il ərzində 15 dəfə püskürüb. Ən güçlü püskürmələri 1917, 1941, 1992-ci illərdə qeydə alınmışdır. Bundan öncəki püskürməsi 2018-ci ilin yanvar ayında qeydə alınıb.
Qırməki palçıq vulkanı
Qırməki palçıq vulkanı — Balaxanı-Sabunçu-Ramana yatağından qərbdə yerləşib Qırməki silsiləsinin kümbəz vari formalı yüksəkliyini əhatə edir. Yüksəklikdən şimalda eyni adlı təpəli silsilə keçir; silsilədən şərqdə ona paralel geniş və dərin Qırməki vadisi uzanır. Silsilənin digər şaxəsi Qırməki dağının cənub tərəfindən davam edir. Hər iki şaxə cənub-şərqə dönərək Boğ-boğa vulkanının ətəklərində birləşir. Qırməki vulkanının fəaliyyəti haqqında son yüz ildə ədəbiyyatda məlumat yoxdur. Vulkan çox əsrarəngiz və nadir landşafta və olduqca zəngin bioloji müxtəlifliyə malikdir. Abşeron palçıq vulkanlarının heç biri bu qədər zəngin bitki örtüyünə malik deyildir. Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.
Qızmeydan palçıq vulkanı
Qızmeydan palçıq vulkanı — Azərbaycan Respublikasının palçıq vulkanlarından biri. Qızmeydan palçıq vulkanı Şimali Qobustanın Qovdağ-Sumqayıt tektonik örtük kompleksinin şimal kənarı boyu üst təbaşir çöküntüləri üzərində sıra ilə yerləşən beş “ekzotik” vulkanından (bundan şimal-qərbdə Dəmirçi, cənub-şərqdə isə Qasımkənd, Köhnəqədi və Kurkaçıdağ palçıq vulkanları da məşhurdur) biridir. Palçıq brekçiyasında rast gələn paleogen yaşlı mikrofauna bu sahənin tektonik təbiətli olmasına və alloxton təbaşir dəstəminin dabanında daha cavan avtoxton kaynozoy süxurlarının mövcudluğuna dəlalət edir. Palçıq vulkanı Qurd Yaylağı və Qızkeçdi silsilələri arasındakı çuxurda yerləşir və mütləq hündürlüyü 1350–1380 m, sahəsi 12 ha olan və cənub-şərq istiqamətində uzanan azacıq qabarıqlı brekçiya təpəliyinə cavab verir. Bu meydança ətraf landşaftın dağ yamaclarının bitki örtüyü fonunda özünün açıq ağımtıl rəngi ilə aydın seçilir. Brekçiya sahəsinin hüdudlarında fəaliyyət göstərən və “yatmış” 320-yə yaxın salz və qrifon üç yerdə qərarlaşaraq təkraredilməz “valehedici” bir mənzərə yaradır.
Sarınca palçıq vulkanı
Gülbəxt palçıq vulkanı yaxınlığında, Gülbəxt-Sarınca strukturunun qərb periklinalına yaxın bir sahədə yerləşmişdir. Onun təpəsində 1600 m2lik bir sahə palçıq vulkanı brekçiyası ilə örtülmüşdür ki, burada da 18-20 sopka və qrifon vardır. Bunlardan bəçiləri aç miqdarda su və qaç ayırır. Vulkanın geoloji quruluşunda Abşeron və Ağcagil mərtəbələri, Məhsuldar qat və Pont çöküntüləri iştirak edirlər. Bərk tullantıların yaşı Paleosendən qədim deyil. Bütün sopka və qrifonlar şimal-qərb-cənub-şərqə doüru istiqamətlənmişdir. Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.
Ağnohur palçıq vulkanı
Ağnohur palçıq vulkanı — Çeyildağ qəsəbəsindən 12 km qərbdə yerləşərək, cənubdan ona birləşən dərə üzərində 200 m ucalır. == Haqqında == Kasaşəkilli krater brekçiyanın əsas axımlarının axdığı tərəfə, şimal-qərb istiqamətində açılmış, yüksəkliyi 3 m olan bəndlə əhatə edilmişdir. Vulkan Sündü-Çeyildağ tektonik zonasının aktiv palçıq vulkanı fəaliyyəti ilə səciyyələnən şaxəsində yerləşir. Brekçiya örtüyü böyük sahəni-1262 ha tutur və şimal istiqamətində 4.5 km məsafəyə izlənir. Palçıq vulkanlarının əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin gələcək nəsillərə çatdırılması və respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli Sərəncamı ilə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının bir hissəsinin ərazisində «Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu» yaradılmışdır. Müvafiq Sərəncama əsasən Dövlət Təbiət Qoruğunun yaradılmasının əsas məqsədi kimi palçıq vulkanlarına antropogen təsirlərin azaldılması, ərazidə aparılan intensiv inşaat işləri və vulkanların püskürmə ehtimalı olan zonalarda yaşayış binalarının inşasının qarşısınının alınması göstərilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 12322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilmişdir. Qoruq əməkdaşları xüsusi mühafizə statusu şamil edilmiş 43 palçıq vulkanı eyni zamanda Ağnohur palçıq vulkanı da olmaqla mütamadi olaraq elmi stasionar müşahidələr aparmaqla ekoloji şəraitin proqnozlaşdırılması, təbiətin mühafizəsinin elmi əsaslarının hazırlanması, vulkanik proseslərin dinamikasının öyrənilməsi ilə yanaşı, həm də, onların antropogen müdaxilələrdən qorunmasını təmin etməklə vulkanik landşaftın təbii vəziyyətini saxlayır.
Kolanı palçıq vulkanı
Kolanı palçıq vulkanı– Qobustan rayon mərkəzindən 18 km məsafədə, Girdə yüksəkliyindən şimal-qərbdə yerləşir. == Haqqında == Qobustan rayon mərkəzindən 18 km məsafədə, Girdə yüksəkliyindən şimal-qərbdə yerləşir. Yarğan və qobularla parçalanan, hündürlüyü 16 m olan yastı yüksəklikdən ibarətdir. Geoloji quruluşunda qərb-şimal-qərb istiqamətli braiantiklinal qırışıq əmələ gətirən, kaynazoy çöküntüləri (oliqosen-üst pilosen) iştirak edir. Tağ hissəsində alt maykopun dik yatan (55-58°)nlayları yer üzərinə çıxır. Qırışığın tağı vulkanın əlaqədar olduğu Acıçay qırılması ilə kəsilmişdir. İlk dəfə 1845-ci il 21 iyun, daha sonra 1962, 1969-cu illərdə püskürüb.
Məlikçobanlı palçıq vulkanı
Məlikçobanlı palçıq vulkanı – Azərbaycan Respublikası Şamaxı rayonu ərazisində, Məlikçobanlı kəndi yaxınlığında palçıq vulkanı. XIX əsr qaynaqlarının birində Bakı quberniyasının Şamaxı ərazisinin Qəbiristan sahəsində Məlik çobanı köçü qeydə alınmışdır. Əvvəllər Göyçay qəzasında və Şamaxı qəzasında maldarlıqla məşğul olan Məlik çobanı eli olmuşdur. Keçmişdə hakim mövqeyə malik Xançobanı tayfasına mənsub olan ellərdən birinin Məlik çobanlıların olması göstərilir. Kənd Zoğalava çayının sahilində, dağ ətəyində yerləşir. Məlikçobanlı palçıq vulkanı ilə məşhurdur. Həmin vulkan 1810-cu ildə aşkarlanıb və bu günədək 4 dəfə püskürüb. 1967-ci ildə, 1977-ci ildə, 2019-cu il mayın 28-də, 2024-cü il 8 martda yenidən püskürüb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi 2024-cü il martın 8-də Şamaxı rayonunun Məlikçobanlı kəndində "Məlikçobanlı" palçıq vulkanının püskürməsini qeydə alıb. Püskürmə yerli vaxtla saat 18:09-da başlayıb və 3 dəq davam edib.
Nardaranaxtarma palçıq vulkanı
Nardaranaxtarma palçıq vulkanı– Çeyildağ qəsəbəsindən 17 km şimal-qərbdə yerləşir. Nisbi yüksəksliyi 60 m olan Nardaranaxtarma palçıq vulkanı Çeyildağ qəsəbəsindən 17 km şimal-qərbdə yerləşir. 3 təcrid edilən palçıq vulkanı sahəsində fəaliyyətdə olan mikroformalarla (sopka, qrifon və salzalar) səciyyələnir. Ən böyük qərb örtüyünün sahəsi 620 ha təşkil edir. Vulkan eyniadlı qırışığın tağ hissəsini mürəkkəbləşdirən, üstəgəlmə xarakterli uzununa pozulma ilə əlaqədardır. İlk dəfə 1948-ci ildə püskürən Nardaranaxtarma palçıq vulkanı daha sonralar 1970, 1972, 1986, 1996-cı illərdə püskürüb.
Pirəkəşkül palçıq vulkanı
Pirəkəşkül palçıq vulkanı – Bakı şəhərindən 39–41 km qərbdə, Bayanata dağından 7–9 km məsafədə yerləşir. Pirəkəşkül palçıq vulkanı Bakı-Şamaxı şose yolunun hır iki tərəfində yerləşən üç qrup sopka və qrifonlarla təmsil edilir. Vulkanın mütləq yüksəkliyi 321 m, nisbi yüksəkliyi isə 55 m-dir. Qrupların birində qrifonlardan neft ayrılır. Brekçiya örtüyü ölçüsü 240*100 m olan sahəni tutur. Vulkan eosenin əzilmiş suxurları üzərində yerləşir və Gültəmin antiklinalının tektonik pozulması ilə əlaqədardır. Qobustan botaniki və coğrafi ərazisində yerləşən Pirəkəşkül palçıq vulkanının bitki növlərinin tərkibi müəyyənləşdirilərək təhlil edilmişdir. Vulkanın bitki örtüyü 16 cins və 7 fəsiləyə aid 18 növdən ibarət olan floristik müxtəliflik ilə xarakterizə olunur. Geobotaniki profilləmə üsulu ilə Pirəkəşkül palçıq vulkanına bitişik ərazidə bitki birliklərinin və qruplarının yayılma qanunauyğunluqları aşkar edilmişdir. Fitosenozda olan növlərin sayı və onların ümumi proyektiv örtüyü periferiyadan orta hissəyə qədər artır, mərkəzdə bir növə qədər kəskin şəkildə azalır.
Qaynarca palçıq vulkanı
Qaynarca palçıq vulkanı– Şabran rayon mərkəzindən 8-10 km cənub-qərbdə, miosenin pont çöküntüləri üzərində nisbi yüksəkliyi 60 m olan yüksəklik əmələ gətirir. Diametri 100 m olan Qaynarca palçıq vulkanı krater sahəsində çoxsaylı, hündürlüyü 2-3 m-ə qədər, oturacağının diametri 1.5-2.0 m olan qrifonlar, diametri 3.0-3.5 m olan salzalar qeyd olunur. Vulkan Talabi-Zarat-dəniz antiklinal qurşağının mərkəzi hissəsi olan, şimal-şərq istiqamətində uzanan eyniadlı qırışıqda yerləşir. Qırışıq asimmetrik olub, dik (55-60°)şimal-şərq və nisbətən meyilli (40-50°) cənub-qərb qanadlara malikdir. Tağ hissəsində üstəgəlmə xarakterli iki uzununa pozulma izlənir. Qaynarca vulkanında çoxsaylı fəaliyyətdə olan mərkəzlər qaz və palçıq çıxarırlar. Qaynarca vulkanının brekçiyasında kaynazoyun bütün stratiqrafik vahidlərinin süxurları iştirak edir. Boz əəhəgli qumdaşı, əhəngdaşı, mergel, tünd boz gil və b. qırıntılar rast gəlir.
Solaxay palçıq vulkanı
Solaxay palçıq vulkanı– Ələt tirəsinin cənub-şərq hissəsində, Qobustan qəsəbəsində 9 km qərbdə yerləşir. Solaxay palçıq vulkanının mütləq hündürlüyü 190.3 m olan meylli şimal-şərq və dik cənub-qərb yamaclı yüksəklikdir. Nəvahi dərəsinə dərin yarğan və qobularla enir. Solaxay palçıq vulkanı şimal-şərq-cənub-şərq istiqamətində uzanan pilosen antiklinal strukturuna aiddir. İlk dəfə 1949-cu ildə püskürüb. Daha sonra 1989, 2001-ci illərdə püskürüb.
Süleymanaxtarma palçıq vulkanı
Süleymanaxtarma palçıq vulkanı – Çeyildağ qəsəbəsindən 15 km cənub-qərbdə, Pirsaat çayının sol sahilində, Ələt tirəsi hüdudlarında yerləşir. Süleymanaxtarma palçıq vulkanı Nardaranaxtarma silsiləsinin şərqində, Çeyildağ qəsəbəsindən 7 km şima-şərqdə yerləşir. Nisbi yüksəkliyi 50 m-dir. Süleyman antklinal qırışığının tağ hissəsi və maykop çökütülərinin üst miosen suxurları ilə təmasa gəldiyi üstəgəlmə xarakterli pozulma ilə əlaqədardır. Vulkan brekçiyanın yayılma sahəsi 35 ha, orta qalınlığı 25 m-dir.
Xıdırzində palçıq vulkanı
Xıdırzində palçıq vulkanı– Bakıdan 90 km şimal-qərbdə, Beşbarmaq dağı rayonunda yerləşir. Xıdırzində palçıq vulkanının fəaliyyətdə olan erupsiya mərkəzləri (sopka, salza və qrifonlar) və diametri 80-100 m olan palçıq vulkanı sahəsilə səciyyələnir. Sahənin mərkəzi hissəsində hündürlüyü 5 m olan iri sopka, diametri 3-4 m və oturacağı 30-40m olan salza yerləşir. Vulkan Siyəzən monoklinalının cənub-şərq qurtaracağına-Çandaqar-Zarat sahəsinə mənsub olub, uzununa pozulma ilə əlaqədardır. Burada təbaşir və paleogen çöküntüləri şimal-şərqdə tədricən meylliyi azalan, dik (75-80°),bəzi yerlərdə aşırılmış yatımla səciyyələnirlər. Xıdırzində palçıq vulkanında palçıq, qaz, su və neftin çıxması müşahidə edilir. Sopkaların yamaclarını əhatə edən sahələrə neft hopmuşdur. İri salza nazik neft təbəqəsi ilə örtülmüş su ilə dolmuşdur.
Şıxzərli palçıq vulkanı
Şıxzərli palçıq vulkanı–Bakıdan 75 km qərb-şimal-qərbə doğru və eyniadlı kənddən 1.5 km şimal-şərqdə yerləşir və uzunluğu 12 km, eni-3.5–4.0 km, en istiqamətində uzanan qırışıqla əlaqədardır. Şamaxı-Qobustan rayonu Böyük Qafqazın cənub-şərq batımının böyük hissəsini tutur və ümumi sayı 120 olan palçıq vulkanlarının ən geniş yayılması ilə səciyyələnir. Şıxzərli palçıq vulkanının mütləq yüksəkliyi 640 m, nisbi yüksəkliyi isə 150 m-sir. Qırışıq paleogen-miosen çöküntülərindən təşkil edilib. Onun tağyanı hissəsi yerdəyişmə amplitudası 1500 m-ə qədər olan uzununa qırılma ilə mürəkkəbləşib. Qırışığın tağı cənub qanadı üzərinə gəlmişdir. Palçıq vulkanı üstəgəlmə ilə əlaqədardır. Palçıq vulkanı brekçiyası ilə 273 ha sahə örtülüb. Əsas kraterdən təqribən 1.5 km cənub-qərbə doğru, Şıxzərli kəndinin kənarında, xarici görünüşünə görə hündürlüyü uyğun olaraq 15 və 20 m, ümumi oturacağının diametri 50 m olan iki cütləşmiş sopkadan ibarət təcrid edilən ikincidərəcəli erupsiya mərkəzi yerləşir. Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyil.

Digər lüğətlərdə